• Kəngərli rayonu
  • Şahtaxtı kəndi
  • Məqsədimiz
  • Planlarımız
  • Fəxri adlar
  • Videolar
  • Şəkillər
  • Kitab
  •  

     

     

    Az - Eng - Rus

     

    Cavid Turan Hüseyn Cavid qızı, (Turan Cavid) (d.2.10.1923. Bakı -13.9.2004.Bakı) -mədəniyyət xadimi. Azərbaycan Respublikası əməkdar mədəniyyət işçisi (1982), Hüseyn Cavid mükafatı laureatı (1997). Hüseyn Cavidin qızıdır. Azərbaycan Dövlət Teatr İn-tutunun (indiki Mədəniyyət və İncəsənət Un-ti) teatrşünaslıq fakültəsini bitirmiş (1950), həmin in-tda müəllim saxlanılmış, ”Azərbaycan teatrı tarixi” ndən mühazirələr oxumuşdur (1950-83). C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində elmi işçi (1953-68) və direktor (1968-91) vəzifələrində çalışmışdır. 1991 ildən Hüseyn Cavidin Bakıdakı ev muzeyinin direktoru işləmişdir. Respublikanın mədəni həyatında iştirak etmiş, mətinşünaslıq sahəsində də yaxından fəaliyyət göstərmişdir. Hüseyn Cavidin 1958-85 illərdə nəşr olunmuş bütün kitablarının tərtibçisi olmuşdur.


     

    ...