• Kəngərli rayonu
  • Şahtaxtı kəndi
  • Məqsədimiz
  • Planlarımız
  • Fəxri adlar
  • Videolar
  • Şəkillər
  • Kitab
  •  

     

     

    Az - Eng - Rus

     

    ŞAHTAXTİNSKAYA Elmira Həbibulla qızı (25.10.1930, Bakı-13.10.1996, Bakı Fəxri Xiyabanda dəfn olunmuşdur) -rəssam. Azərb. Respublikası xalq rəssamı (1977) və əməkdar incəsənət xadimi (1963). H. B. Şahtaxtinskinin qızıdır. Ə. Əzimzadə ad. Azərb. Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası, 1950) və V. İş Surikov ad. Moskva Rəssamlıq İn-tunu (1956) bitirmişdir. Plakat və dəzgah rəsmlərinin müəllifidir. Yaradıcılığında sülh və xalqlar dostluğu, əmək mövzusu əhəmiyyətli yer tutur. 70-ci illərdə çəkdiyi ”Azərbaycan qədim mədəniyyət diyarıdır” plakat silsiləsində Azərb.-ın orta əsrlərdə yaşayıb-yaratmış elm və mədəniyyət xadimlərinin (Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əcəmi Naxçıvani, Sultan Məhəmməd və b.), 70-80-ci illərdə isə müasir sənətkarların (Ü. Hacıbəyov, H. Cavid, S.Vurğun, S. Bəhlulzadə, Q. Qarayev, F. Əmirov və b.) portretlər qalereyasını yaratmışdır. Dəzgah rəsmləri silsiləsi və boyakarlıq əsərləri də diqqəti cəlb edir. Müxtəlif ölkə və şəhərlərdə (Çexoslovakiya, Bolqarıstan, Moskva, Kaunas və s.) fərdi sərgiləri nümayiş etdirilmişdir. ”Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.

     

     

    ...