• Kəngərli rayonu
  • Şahtaxtı kəndi
  • Məqsədimiz
  • Planlarımız
  • Fəxri adlar
  • Videolar
  • Şəkillər
  • Kitab
  •  

     

     

    Az - Eng - Rus

     

    İBRAHİMOV Hüseyn Məmmədəli oğlu (d. 23. 5. 1919, Kəngərli r-nunun Şahtaxtı k.-10.04.2008-сi il Naxçıvan ş.) -yazıçı. Azərb. Respublikasının xalq yazıçısı (1998). Azərb. Dövlət Un-tinin indiki BDU jurnalistika fakültəsini bitirmişdir (1958). Əmək fəaliyyətinə 1940 ildə Sədərək kənd orta məktəbində müəllim kimi başlamışdır. Sonralar Azərb. LKGİ Noraşen (indiki Kəngərli) r-n komitəsinin 1-ci katibi (1941-43) Naxçıvan Vilayət Komitəsinin katibi (1943-47), ”Şərq qapısı” qəzetinin redaktor müavini (1947-49), Nax. MSSR Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri (1954 -60), ”Şərq qapısı” qəzetinin redaktoru (1961-65), Azərb. KP Naxçıvan Vilayət Komitəsi təbliğat və təşviqat şöbəsinin müdiri (1965-70), Nax. MSSR Mədəniyyət naziri (1970-75) olmuşdur. 1980 ildən Azərb. Yazıçılar Birliyi Naxçıvan şöbəsinin məsul katibi idi. Hazırda Naxçıvan Yazıçılar Birliyinin sədridir. İ. tarixi və müasir mövzularda romanların müəllifidir. İlk iri həcimli əsəri olan “Sabahın sorağında” (1966) romanı müəllimlərin həyatından bəhs edir. Romanda mənəvi kamilliyin qələbəsi təsdiq və tərənnüm olunur. ”Günəş doğan yerdə” (1976) romanında 1918-19 illərdə Naxçıvanda baş verən hadisələr qələmə alınmışdır. ”Bahar yağışı” (1983) romanı müasirlərimizin həyatından bəhs edir. ”Əsrin onda biri” (1987) romanında Əcəminin, ”Böhtan” (1998) romanında Hüseyn Cavidin, ”Ölməz mahnılar” (1963) kinopovestində Üzeyir Hacıbəyovun ömür və sənət yolu canlandırılır. Hekayə (”Gülzar” (1958), ”Zərifənin çiçəkləri” (1960), ”Şirin xatirə” (1963), ”Nəciblik” (1979)) və povest (”Baharın hekayəsi” (1958), ”Göyərçinin məhəbbəti” (1964), ”Səhv edəndə” (1985), ”Qu quşları öləndə oxuyurlar” (1998)) kitabları nəşr edilmişdir. ”Torpağın övladları” (1953), ”İtirilən sağlıq” (1968) pyesləri tamaşaya qoyulmuşdur. Nax. MSSR Ali Sovetinin (4, 7, 8 -ci çağırış) deputatı, Nax. MSSR Ali Sovetin sədri (1963, 1967) seçılmışdi. Nax. MR Ali Məclisinin (2-ci çağırış) deputatıdır. Azərb Respublikasının ”Şöhrət” ordenı ilə təltif olunmuşdur (1999).

     

     

    ...